Yatırım

Yeni ildə pullarla etməli olduğunuz – 10 HƏRƏKƏT

Əgər Yeni İli qarşılamağa yaxşı hazırlaşsanız, çoxdankı maliyyə problemlərini həll edə, üstəlik bayramda yaxşı qazanada bilərsiniz. Bütün bunlar üçün yeni il ərəfəsində bunları çatdırıb etmək lazımdır.

 

  1. Sərfəli şərtlə əmanət yerləşdirmək

Bu məsləhət başqa illərdə bəlkə də yerinə düşərdi, amma bir neçə gün əvvəl Dəmirbankla baş verənlər bankla ehtiyatlı olmağa vadar edir. Doğrudur, əmanət də yerləşdirmək olar, üstəlik, Yeni il qabağı banklar sərfəli kampaniyalar təşkil edirlər.  Amma sığortalanmış əmanətlərlə bağlı həddi keçməmək məsləhətdir. Yeni İl bayramı başa çatsa da, qarşıda uzun bir il var. Ona görə də əmanətin qorunması sərfəlidir. Dollarla pulu olanlar onu SOCAR İstiqrazlarına da yatıra bilərlər. İldə 5% qazanc, hər an alıb satmaq imkanı, üstəlik, istiqrazın dəyərinin 95%-i qədər güzəştli kredit imkanı. Belə şərtlər heç bir əmanətdə yoxdur.

 

  1. Vergiləri, cərimələri və kommunal xərcləri ödəmək

Yeni ili borclarsız qarşılaaq lazımdır. Fərqi yoxdur siz pulu kimə borclusunuz – dövlətə, Azərsuya, Azərişığa, yoxsa qonşunuza. Həm də borcu olmayanda adam özünü yaxşı hiss edir. Ona görə də DİN-in və ya vergilərin saytında cərimə-verg borcunuzun olduğunu öyrənin. Kommunal haqları da hesab.az-da rahatca ödəyə bilərsiniz. Bu zaman kağız qəbz verilməsə də, ödəniş haqqında qeydi ya emailinizdə saxlayın, ya da gələn sms-in şəklini skrin edib saxlayın.

 

  1. Kreditinizi təzələyin

Əgər sizin köhnə kreditiniz varsa və onun faizləri yüksəkdirsə, başqa bankların təkliflərinə baxın. Əmanət məsələsində olduğu kimi, banklar Yeni il ərəfəsində sərfəli kredit kampaniyaları da elan edirlər. Əgər faizlər sizin kreditinizdəkindən aşağıdırsa, yeni kredit göürüb əvvəlkini bağlamaq olar.

Qüvvədə olan reditə görüə ödənişi də yaddan çıxarmayın. Belə etsəniz, əvvəla gecikməyə düşməyəcəksiniz, ikincisi, təcrübə göstərir ki, Yeni il şənliklərində pullarm tamamilə xərclənir, yəni bayramdan sonra kredit ödənişini etmək üçün pul tapmaya bilərsiniz. Ona görə də bayram ərəfəsində məsələni həll edin.

 

  1. Lazımsız kartları bağlayın

Sizdə kartı olan banklara zəng edin. Öyrənin ki, onlara borcunuz qalmayıb ki, ya da bəlkə həmin kartlardakı hesabınızda pul qalıb. Xüsusilə maaş kartlarına iqqət ayırın, ola bilər ki, işdən çıxmağınızdan sonra bank bu karta xidət üçün əlavə komissiya hesablaya bilər. Ya da kartın müddəti bitə bilər və bank fərqli komissiyada əlavə kart buraxa bilər. Ona görə də, hesabı bağlamaq üçün hökmən bankın ofisinə getməlisiniz.

 

  1. Yaz və yay üçün aviabilet almaq

Gələcək məzuniyyətinizi nə qədər tez planlaşdırsanız və onun üçün nə qədər tez bilet alsanız, o qədər pula qənaət edə bilərsiniz. Xüsusilə bu bayramlara düşən vaxtlara aiddir. 2018-ci ildəki bayramı günləri ilə buradan tanış ola bilərsiniz.

 

  1. Növbəti il üçün maliyyə planı qurmaq

Siz heç nə vaxtsa fikirləşmisiniz ki, ildə nə qədər qazanırsınız? Bunu hesablayın və gələn il onu 10-20% artırmağı qarşınıza məqsəd qoyun. Bunun üçün öz gələcək gəlirlərinizi və böyük xərclərinizin siyahısını tutun. Yaxşı olar ki, özünüzə pul yığmaq üçün böyük bir məqsəd fikirləşəsiniz. Məsələn, maşın almaq v əyüa maşını təzələmək, ev almaq və s. Hesablayın ki, həmin pulu nə vaxta yığa bilərsiniz? Yeni ildə çalışın ki, hər ayın maliyyə yekunlarını qiymətləndirəsiniz – yəni bir ayda nə qədər qazanıb, nə qədər xərczləmisiniz, nə qədər yatırım etmisiniz və s. Eləcə də növbəti ay üçün plan qurun.

 

  1. Artıq əşyalardan canınızı qurtarın

Bayramlarda öz evinizi qaydaya salın. Əgər evdə çoxlu lazımsız əşyalar toplanıbsa onları ya internetdə ya da adi qaydada satın getsin.

 

  1. Sağlamlığınızla məşğul olun

Bu ən vacibidir. Əgər çoxdandır ki, poliklinikada olmamısınızsa, bir terapevtə yaxınlaşın, ən yaxşısı isə kompleks müayinə («Çek ap») olunun. Əgər həkilərə işiniz tez-tez düşürsə, könüllü tibbi  sığorta barədə düşünün. Bəzi iş yerlərində belə sığorta var.

 

  1. Başqalarına kömək edin

Yeni ilə savab və faydalı işlə qədəm qoymaq əladır. Bu günlərdə kiməsə pulla və ya işlə kömək etmək imkanını əldən buraxmayın. Kömək lazım olan adamları axtarıb tapmaq çətin deyil. İntennetdə, o cümlədən sosial şəbəkələrdə dəstək lazım olan adamlar barədə elanlar kifayət qədərdir.

 

  1. Yeni İl bayramlarında da pul qazanmaq olar

Əgər siz Yeni İldə sadəcə dincəlmək fikirində deyilsinizsə, bu günlərdə qazanmaq imkanlarına da baxın. Burada hər şey fərdidir və insanın peşəsi və imkanlarından asılıdır. Məsələn, şəxsi maşını olanlar taksi xidməti göstərə bilərlər, kimsə başqasına evdə təmirdə kömək edə bilər, ya da evdə yoxsunuzsa evi qısa müddətə kirayəyə vermək olar və s.

 

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir